Mətbəx Dəzgahlarının Xüsusiyyətləri

 

Təmizlik düşkünləri üçün ilk baxışda məntiqli görünməsinə baxmayaraq paslanmayan polad lövhədən hazırlanan dəzgahlar zamanla çızılır, xarab olur.

* Dəzgahınızın baxımı kimi onun istifadəliliyini də düşünün. Əgər sizdə uşaqlar varsa tez tez zədə alan materiallar ideal deyil.

* Egər çox bişirməyi sevən birisi isəniz isti tavanı ocağın üzərindən götürüb rahatca üstünə qoya biləcəyiniz qranit və ya korian kimi istiliyə davamlı bir material seçə bilərsiniz.

* Əgər gigiyena sizin üçün daha çox əhəmiyyət daşıyırsa Korian, Tekniston, Montelli kimi antibakterial materiallardan birini seçməyiniz məsləhətdir.

 

 

 

 

 

 

 

 Süni Mərmər

 

Əgər dəzgahınızda kəsintisiz yemək hazırlanacaqsa ən ideal seçimdir.

 

 

Təyinat: Ocağın və çanağın ətrafı da daxıl olmaqla hər yerdə və hər cür şərtdə istifadə oluna bilən çox praktik və gözəl bir seçim.

Ən yaxşı görünüş: Modern və Contemporary tərzdə olan mətbəxlərdə tünd gri, 3-d qəhvəyi və mavi kimi canlı rənglər heyranedici bir görüntü əmələ gətirir.  Əgər evinizin içini ənənəvi bir tərzdə dizayn etdirmisinizsə, krem, bej kimi neytral rəngli olanlar daha yerində olar.
Saxlanması: Ləkələri önləmək üçün tökülən mayeləri dəsmal ilə silin. Yumşaq, nəm parça və sərt olmayan yuyucu ilə təmiz saxlayın.
Sızdırma: Yox 
Davamlılıq: Süni mərmər təbii daş növlərinin böyük əksəriyyətindən daha dayanıqlıdır. Əgər ləkənin rəngi dərinə nüfuz etsə belə öz rəngində olan kleyi ilə təmir oluna və üzərinə düşən cızıqlar qumlama (şilfovka) ilə yenidən əvvəlki vəziyyətinə qaytarıla bilir.

İstifadəlilik: Süni mərmər istilik verilərək birləşməsiz, bütöv görüntülü istənilən formaya salına bilər.

 

 

 Qranit

 

Şərab və meyvə suları düşdüyü zaman dərhal silinməli olmağına baxmayaraq qranit də az baxım tələb edən bir materialdır.

 

Təyinat: Ocağın və çanağın ətrafı daxil olmaqla bütün dəzgahın hər yerinə, hətda set arasına və bara da tətbiq oluna bilər.
Ən yaxşı görünüş: Bu, istər modern istər də ən-ənəvi dizayn tərzlərinə uyğun gələn və heç vaxt moddan düşməyən bir materialdır.

Saxlanması: Baxıma çıx az ehtiyacı var. Nəmli bir bez və ya xəfif bir deterjan ilə təmizləyin.

Sızıdrma: Qranitin birləşmə yerləri ilk başda məcunlanır. Amma 7-8 il sonar həmin yerlər yenidən kleylənməlidir ki sızdırma olmasın.

Davamlılıq: Təbii daşlar arasında ən dayanıqlısıdır. İstiliyə qarşı çöx dayanıqlıdır, su keçirməzdir, bir çox ləkələri götürmür, amma çərab və sitrik turşu tərkibli şirələr anında silinməlidir.
İstifadələlik: İnkişaf edən texnologiya sayəsində qranit müxtəlif forma və ölçülərdə kəsilə bilir. Amma onu bir yerdən başqa bir yerə aparmaq və manevr etdirmək çətindir. Ehtiyatlılıq tələb edir.

 

 

 

 

 Rezopan

 

Laminat dəzgahların qurulması asan, qurulduqdan sonar isə təmizlənməsi çox rahatdır.

Təyinat: Az işlənən mətbəxlərdə, nəmli olmayan yerlərdə.
Ən yaxşı görünüş: menbran olduğu üçün görüntü olaraq digər materialları təqlid imkanı genişdir. Həm müasir həm də ən ənəvi mətbəxlərdə geniş seçim imkanı var.
Saxlanması: Nəm dəsmal ilə və xəfif deterjanla təmizlənir.
Sızdırma: Yoxdur.
Davamlılıq: Ləkələrə və bir çox kimyəvi maddələrə qarşə dayanıqlı olsada sulu qalarsa və ya buxara məruz qalarsa şişib məhv olur, çox isti qablar üstündə qalmamalıdır. Xüsusi ilə kəsilən tərəfləri təsirə daha tez məruz qalır. Daha dayanıqlı olması üçün qalın, kleyi çox olan və sıx preslənmiş rezopanları seçin.  
İstifadəlilik: Bir professional usta olmadan, naşı birisinin də rahat doğrayıb yerləşdirə biləcəyi nadir materiallardan biridir.

 

 

 

 

 

 

 

 Korian

 

Sulu, nəmli yerlərdə saxlanması və təmizlənməsi çox rahatdır.

Təyinat: Nəmli yerlər. Dəzgah, set arası və çanağı çox mükəmməl birləşmə yerləri bilinməyəcək şəkildə bütöv eləmək mümkündür.

Ən yaxşı görünüş: Əksər tərzlərə uyğundur. Çox geniş rəng seçimi var. Moderm mətbəxlərdə parlaq rənglərə, klassik mebeldə ağ rəngə digər ən-ənəvi mebellərdə isə solğunc rənglərə üstünlük verilir

Saxlanması: Nəm dəsmal ilə və xəfif deterjanla təmizlənir.
Sızdırma: Yoxdur
Davamlılıq: Ləkə və suya qarşı son dərəcə sağlam. 250°C istiliyə qədər dayanıqlı. Üzərində zamanla əmələ gələ biləcəq cızıqlar parlatma (parlovka) ilə rahatca aradan götürülə bilir.
İstifadəlilik: Birləşmə yerləri kir tutmayacaq şəkildə hamar olmaqla müxrəlif formalara salına bilir.

 

 

 

Elmlər филиал

ул. М.Мушвига 10/43 (недалеко от памятника Азизбекову)

Тел: (+99412) 510 92 86

Моб: (+99450) 230 90 88

(+99455) 230 90 88

(+99470) 230 90 88

İnqilab филиал

Akademik H.Əliyev (İnqilab) 117/3

Тел: (+99412) 564 83 25

Моб: (+99450) 630 05 54

(+99470) 230 90 89

Социальная сеть...
  • Pinterest
  • Copyright 2013. Decoluxe

    Site by ElitSolutions