Функциональность

Bir mebeli dizayn edərkən estetiklik qədər diqqət olunması lazım olan ikinci məsələ funksionallıq və rahatlıqdır. Məsələn bir mətbəx dizayn olunarkən gözəl  mebel elementləri və mexanizmləri seşılməklə bərabər mövcud boşluğun genişliyi də nəzərə alınmalıdır.

 

Bu ona görə önəmlidir ki, mebelin istifadə olunan elementləri uzaq olmamaqla bərabər , ətrafında hərəkət etmək üçün kifayət qədər geniş yer olmalıdır. Beləcə , siz daha az hərəkət edəcəksiniz və təmas nöqtələri həmişə sizə yaxın olacaq .

 

Dizaynda ideal həll odur ki, yemək hazırlama mərhələlərinə uyğun olaraq, mətbəx dəzgahı, ocaq və çanaq (moyka) kimi elementlər rahatlıqla əl çatacaq şəkildə yerləşdirilsin.

 

Əgər mətbəx yığılmaq istənilən divarda künc varsa küncü dəstək və iş sahəsi kimi nəzərdə tutub sağına və soluna isə ocağı və çanağı (moyka) yerləşdirmək lazımdır.

 

Məişət texnikası və çəkməcələr elə dizayn olunmalıdır ki, onların istifadəsi və açılıb bağlanması başqa şeylərin istifadəsinə maneə yaratmasın.

 

Belə halda siz küncə dönən kabinet mexanizmi və ya künc səbət mexanizmi də qoya bilərsiniz.

 

Fırını yandırıb söndürərkən və yeməyin pişməyinə nəzarət edərkən tez-tez əyilmə kimi narahat hərəkətləri aradan qaldırmaq üçün, bu cür mətbəx avadanlıqlarını sinənizin hündürlük səviyyəsinə uyğun yerləşdirməyi məsləhət görürük.

 

Bundan başqa, fırını uşaqların əli çatmayacaq şəkildə yüksək yerləçdirməklə siz yanma riskini azalda bilərsiniz.

 

Çəkməcələrin və mebelin qapılarının sürətliə örtülməsi və ya tez-tez açılıb örtülməsi onların tez sıradan çıxmasına səbəb olur. Amma Decoluxe bu işdə də sizin köməyinizə çatır. Quraşdırılan mexanızmlər sayəsində siz qapıları çırpsanız belə, ehmal şəkildə və lazım olan vaxtda örtülür.

 

Bəli, mətbəx mebeli üzərində izah etdiyimiz bu məsələlərə digər mebel növlərində də özünəməxsus çəkildə diqqət yetirmək lazımdır ki, istifadəyə daha yararlı və rahat olsun.

 

Elmlər филиал

ул. М.Мушвига 10/43 (недалеко от памятника Азизбекову)

Тел: (+99412) 510 92 86

Моб: (+99450) 230 90 88

(+99455) 230 90 88

(+99470) 230 90 88

İnqilab филиал

Akademik H.Əliyev (İnqilab) 117/3

Тел: (+99412) 564 83 25

Моб: (+99450) 630 05 54

(+99470) 230 90 89

Социальная сеть...
  • Pinterest
  • Copyright 2013. Decoluxe

    Site by ElitSolutions